Şriftin ölçüsü :

Saytın rəngi :

Nicat Şükürlünün Vətən müharibəsində şəhid olmasının ildönümü münasibətilə məzarı ziyarət olundu

12 oktyabr 2022 | 16:27

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şükürlü Nicat Ayaz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Şükürlü Nicat 2020-ci il oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Oktyabrın 12-də Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Şükürlü Nicat Ayaz oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
Vətən müharibəsi şəhidi Nicat Şükürlünün məzarı önündə çıxış edən Səbail RİH başçısının müavini Eldar Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdıraraq bu kateqoriyadan olan insanlara göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişlər.

Keçidlər