Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş növbəti maarifləndirici tədbirlər həyata keçirilmişdir

20 aprel 2026 | 14:35

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən narkomaniyaya qarşı təbliğat işlərinin gücləndirilməsi istiqamətində növbəti maarifləndirici tədbirlər keçirilmişdir. AR Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bilbordlar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil müəssisələrində, yeniyetmə və gənclərin daha çox toplaşdığı ərazilərdə quraşdırılmışdır. Müxtəlif mövzuları əhatə edən bilbordlarda “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa” və “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” kimi mesajlar yer almışdır. Bu maarifləndirici materialların uzunmüddətli nümayişi nəzərdə tutulur və əsas məqsəd cəmiyyətdə, xüsusilə gənclər arasında narkotiklərə qarşı davamlı immunitet formalaşdırmaqdır.

Keçidlər