Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir

14 mart 2025 | 15:09

Səbail Rayon İcra Hakimiyyətində Novruz bayramı ərəfəsində qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, müharibə əlilləri və veteranları iştirak etmişlər. İlk öncə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov xalqımızın milli birlik bayramının əhəmiyyətindən danışaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında istər 44 günlük Vətən müharibəsində, istərsə də son antiterror tədbirləri zamanı qazandığımız tarixi qələbələrdə xalqımızın göstərdiyi həmrəyliyin bütün dünyaya sübut olunduğunu bildirmişdir. Tədbir zamanı çıxış edən müharibə veteranları dövlətin onlara yaratdığı hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Görüşün sonunda müharibə veteranları ilə xatirə şəkli çəkdirilmiş və onlara bayram sovqatları təqdim olunmuşdur.

Keçidlər