Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə tədbir

19 mart 2026 | 17:16

Səbail Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov əməkdaşları Novruz bayramı münasibətilə təbrik edərək bildirmişdir: “Əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı bu gün xalqımızda xoş əhval-ruhiyyə, qürur hissi yaradır. Artıq altıncı ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır”. Tədbir zamanı RİHBA-nın şöbələri arasında Novruz bayramı münasibətilə “Ən yaxşı Novruz xonçası” müsabiqəsi təşkil olunmuşdur.

Keçidlər