Səbaildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Novruz - milli dəyərlərin və suverenliyin simvolu adlı bədii tədbir keçirilib
Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Novruz - milli dəyərlərin və suverenliyin simvolu” adlı bədii tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail RİHBA-nın və YAP Səbail rayon təşkilatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri və qazilər iştirak etmişlər.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün ərzində əldə etdiyi Qələbədən danışılmış, tarixi zəfərimizin əldə olunmasında şəhid və qazilərimizin rolunun danılmaz olduğunu, xalqımızın və dövlətimizin heç bir zaman şəhidlərini unutmayacağı, hər zaman onların ailələri və qazilərin diqqətdə saxlanıldığı bildirilmişdir. Qeyd olunmuşdur ki, öz doğma yurd-yuvasından ayrı düşmüş insanlar bu gün evlərinə qayıdırlar. Dövlətimiz keçmiş məcburi köçkünlərin yerləşməsi və firavan həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq işləri aparır.
Tədbirdə iştirak edən şəhid anaları, qazilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək dərin minnətdarlıqlarını bildirmişlər. Tədbir bədii proqramla davam etmişdir.