Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Novruz şənliyi

18 mart 2026 | 16:03

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz bayramı Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında qeyd olunmuşdur.
Səbail rayonunda təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, bələdiyyə sədrləri və sakinlər iştirak etmişlər.
Bayram tədbirində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz bayramının artıq Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunduğu, bayram tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda alovlandırıldığı qeyd edilmişdir.
Rayon sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunmuş, Novruz tonqalı alovlandırılmışdır. İncəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanmışdır.

Keçidlər