Səbail rayonunda Novruz bayramı münasibətilə şəhidlərin ailə üzvləri ziyarət olundu
Səbail RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nicat Quliyev Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət etmişlər.
Tədbir zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə xüsusi diqqət göstərildiyi və bu kateqoriyadan olan vətəndaşlarımız bundan sonra da dövlətimizin qayğısı ilə əhatə olunacaqları diqqətə çatdırılmışdır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Ziyarət zamanı şəhidlərin ailə üzvlərinə Novruz bayramı münasibəti ilə sovqatlar təqdim edilmişdir.