Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər Nurəddin Paşayev və Aleksey Dementyevin xatirə lövhələri ziyarət olundu

27 oktyabr 2022 | 15:06

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və Vətən müharibəsi qaziləri tərəfindən şəhidlər Paşayev Nurəddin Məhəmmədəli oğlu və Dementyev Aleksey Vasilyeviçin xatirə lövhələri ziyarət edilmiş, xatirələri ehtiramla anılmışdır.

Qeyd edək ki, Nurəddin Paşayev 1994-cü ilin yanvarın 21-də Füzuli rayonu istiqamətində, Aleksey Dementyev isə 1992-ci ilin iyulun 4-də Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşlar.

Keçidlər