Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Poçt markalarında şəhərimizin siması” mövzusunda tələbələrlə görüş keçirilmişdir

06 may 2026 | 17:06

Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Poçt markalarında şəhərimizin siması” mövzusunda tələbələrlə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə Əzimzadə, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, “Azərpoçt” MMC-nin nümayəndələri və tələbələr iştirak etmişlər. 
Çıxışlar zamanı “Şəhərsalma və Memarlıq ili”nin əhəmiyyəti, ölkədə şəhər mühitinin müasir tələblərə uyğun inkişafı ilə yanaşı tarixi-memarlıq irsinin qorunmasının vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, poçt markaları Azərbaycanın memarlıq abidələrinin beynəlxalq səviyyədə tanıdılmasında və ölkənin mədəni imicinin formalaşdırılmasında mühüm rol oynayır. Eyni zamanda gənclərin bu sahəyə marağının artırılması və onların maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Görüş çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasında tələbələr üçün Azərbaycanın memarlıq abidələrini əks etdirən poçt markalarından ibarət sərgi nümayiş etdirilmiş, bununla yanaşı, qonaqlar universitetin kitabxanasında sərgilənən qədim kitablarla da tanış olmuşlar. Sonda iştirakçılara xatirə olaraq marka nümunələri təqdim olunmuşdur. Qeyd olunmuşdur ki, bu kimi tədbirlər milli-mədəni irsin qorunması və geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçidlər