Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

02 iyul 2026 | 16:39

Səbail rayonunda 2 İyul – Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail Rayon Prokuroru Natiq Əsədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Səbail Rayon Məhkəməsinin sədri Azər Paşayev, RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, RPİ-nin şəxsi heyəti və polis veteranları iştirak etmişlər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan polisinin keçdiyi tarixi inkişaf yolundan, həmçinin daxili işlər orqanlarında peşəkar kadrların yetişdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etmiş, bu əlamətdar günün Ulu Öndərin 24 may 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan Polis işçilərinin peşə bayramı kimi təsis olunduğunu diqqətə çatdırmışdır. O, polisin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması missiyasını vicdanla yerinə yetirdiyini vurğulamışdır. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi yüksək etimad, diqqət və qayğıya layiqincə cavab vermək üçün qüvvə və səylərini əsirgəməyən polis işçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra çıxış edən Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik etmiş, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində polis orqanlarının müasir maddi-texniki bazaya və güclü infrastruktura malik olduğunu qeyd etmişdir. O, polisin cinayətkarlığın qarşısının alınması, ictimai asayişin mühafizəsi, insanların həyatının, sağlamlığının və qanuni hüquqlarının müdafiəsi funksiyalarını peşəkarlıqla həyata keçirdiyini bildirmişdir. Səbail Rayon Polis İdarəsinin rəisi dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə icrası naminə bundan sonra da var qüvvələri ilə çalışacaqlarını vurğulamışdır.
Rəsmi çıxışların ardından xidməti fəaliyyətində fərqlənən Səbail Rayon Polis İdarəsinin əməkdaşları və polis veteranları Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşlar.
Tədbir 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşmışdır.

Keçidlər