Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın sektor müdiri Qabil Vahidovu yubileyi münasibətilə təbrik etmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidovu yubileyi münasibətilə təbrik etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Eldar Ağayev, Kəmalə Həşimova və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı Qabil Vahidovu yubileyi münasibəti ilə təbrik edərək məsul fəaliyyətində uğurlar arzulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xatırladaraq, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən davam etdirildiyini, bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkilinin tamamilə yeni prinsiplərə əsaslandığını, dövlətlə vətəndaş arasında inam və etimadın bərqərar olduğunu qeyd etmişdir.
Sonda Qabil Vahidova rayonunun ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Təşəkkürnamə” təqdim olunmuşdur.






