Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Qarabağ müharibəsi veteranı ilə görüşü

31 avqust 2023 | 12:23

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qarabağ müharibəsi veteranı Aslan Əmrahov ilə görüş keçirmişdir. Görüşdə müharibə veteranının qayğı və problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını bildirmişdir. Görüş zamanı Aslan Əmrahov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər