Vətən müharibəsi qazisi, Səbail RİH yanında İctimai Şuranın sədr müavini Polad Rzayev beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb
Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunmasında iştirak edən Vətən müharibəsi qazisi, paralimpiyaçımız mayor Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən beynəlxalq FIS Paradağ xizəyi turnirində debüt edib. LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Səbail rayon sakini, Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Polad Rzayev Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilib.