Səbail Rayon İcra Hakimiyyətində qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvləri, müharibə əlilləri və veteranları iştirak etmişlər.
Tədbir zamanı müharibə iştirakçılarının səhhəti və qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən müharibə veteranları dövlətin onlara yaratdığı hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda müharibə veteranları ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.