Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilib

14 sentyabr 2026 | 12:27

Səbail Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın əməkdaşları və ümumtəhsil məktəblərinin yüksək nəticə göstərən məzunları iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov məzunları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edərək, onların uğurlarında valideynlərin və müəllimlərin əməyinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirmişdir ki, ölkəmizdə təhsilin inkişafı və gənclərin hərtərəfli dəstəklənməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət gənclərin bilik və bacarıqlarını inkişaf etdirmələri üçün geniş imkanlar yaradır. Çıxışda Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.

Sonda yüksək bal toplamış məzunlar Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, onlarla xatirə şəkli çəkdirilmişdir.

Keçidlər