Qurban bayramı ərəfəsində Vətən müharibəsi qaziləri ilə görüş keçirilmişdir
08 iyul 2022 | 11:58
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qurban bayramı ərəfəsində Vətən müharibəsi qaziləri ilə görüş keçirmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Görüşdə Vətən müharibəsinin iştirakçısı, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nicat Quliyev də iştirak etmişdir.
Görüşün sonunda müharibə veteranlarına ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmiş və onlara bayram sovqatları təqdim edilmişdir.