Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə şəhidlərin ailə üzvləri ziyarət olundu

09 iyul 2022 | 11:00

Müqəddəs Qurban bayramı ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova şəhidlərin ailə üzvlərini ziyarət ediblər.

Tədbir zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu qeyd olunmuşdur. Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinin ziyarət olunduğu, onları narahat edən poblemlərini dinlənildiyi vurğulanaraq, bu kateqoriyadan olan vətəndaşlarımız bundan sonra da dövlətimizin qayğısını hiss edəcəkləri bildirilmişdir.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Ziyarət zamanı şəhidlərin ailə üzvlərinə Qurban bayramı münasibəti ilə sovqatlar təqdim edilmişdir.

Keçidlər