Qurban bayramı münasibətilə şəhidlərin ailə üzvləri ziyarət olundu
Müqəddəs Qurban bayramı ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova şəhidlərin ailə üzvlərini ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və müharibə veteranlarının lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu qeyd olunmuşdur.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Ziyarət zamanı şəhidlərin ailə üzvlərinə Qurban bayramı münasibəti ilə sovqatlar təqdim edilmişdir.