Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbir keçirilmişdir

11 iyun 2026 | 16:09

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı “Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbir keçirilmişdir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı və rayon ictimaiyyəti iştirak etmişlər.

İlk öncə tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olmuşlar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti və Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Tədbir zamanı çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir.

Tədbir bədii hissə ilə davam etmişdir.

Keçidlər