Səbaildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluşun banisi” adlı tədbir keçirilib
İyunun 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluşun banisi” adlı tədbir keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkilləri Nigar Arpadarai, Vüqar İsgəndərov, Səbail Rayon İcra Hakimiyyəti başçısının muavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, RİHBA-nın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəb məzunları, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının dahi oğlu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbir zamanı çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan ulu öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulamışlar.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.