RİH başçısı Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində sakinlərlə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov “Abad məhəllə” layihəsi çərçivəsində abadlaşdırılmış Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında sakinlərlə görüş keçirmişdir.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov sakinlərin problemlərinin öyrənilməsi məqsədilə vətəndaşlarla görüşərək onları narahat edən müxtəlif məsələlərlə əlaqədar ünvanlarda yerindəcə baxışlar keçirmiş və qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Eyni zamanda RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər bu gün də yüksək səviyyədə davam etdirildiyini bildirmiş, mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında sakinlərlə geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə iştirak edən qəsəbə sakinləri yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.