Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rafiq İsgəndərovun xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir

18 avqust 2022 | 12:34

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçərək şəhid olmuş İsgəndərov Rafiq Bayram oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhidin adını daşıdığı R.İsgəndərov küçəsi 2 ünvanında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Vuqar Zeynalov ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.

Mərasim zamanı şəhidin döyüş dostları, yaxınları çıxış edərək Rafiq İsgəndərov haqqında öz xatirələrini bölüşmüşlər. Qeyd olunmuşdur ki, Rafiq İsgəndərov 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılmışdı. Qızğın döyüşlərin getdiyi Füzuli bölgəsinə göndərilən Rafiq İsgəndərov döyüşlərdə özünü qorxmaz və bacarıqlı əsgər kimi tanıtmış, Vətən uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1994-cü ilin yanvarın 19-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid zirvəsinə ucalmışdır.

Rafiq İsgəndərovun ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər