Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Səbail rayon təşkilatı Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etmişdir

19 mart 2026 | 15:41

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, millət vəkili Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən nümayəndələr, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İftar müqəddəs Qurani-Kərimdən ayələrin səsləndirilməsi və Ramazanla bağlı duaların oxunması ilə başlamışdır. Daha sonra çıxışlarda bu mübarək ayın mənəvi dəyəri, eləcə də Qurani-Kərimin bəşəriyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycanda hökm sürən sabit ictimai mühitin, iqtisadi inkişafın, cəmiyyət daxilində həmrəyliyin, dini etiqad azadlığının və multikultural dəyərlərin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasına əsaslandığı bildirildi. Eyni zamanda qeyd olundu ki, bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilərək daha da möhkəmləndirilir.

Keçidlər