Səbail rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Bakı şəhərinin Səbail rayonu ərazisində ictimai iaşə, xidmət, ticarət və digər sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Səbail RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etmişlər.
Görüş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müştərək təsdiq olunmuş “İstehlakçı hüquqlarının müdafiəsi və mövcud ticarət norma və qaydalarına riayət olunması məqsədilə birgə işlərin aparılması üzrə Tədbirlər Planı”nın icrası çərçivəsində baş tutub.
Sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.