Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon ərazisində növbəti iməcilik işləri həyata keçirilmişdir

05 iyul 2025 | 12:54

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Səbail rayon Mənzil-kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti iməcilik işləri həyata keçirilmişdir. Aparılan iməcilik çərçivəsində rayon ərazisində yerləşən prospekt və küçələrdə, parklarda ümumi təmizlik işləri aparılmış, həmçinin yeraltı piyada keçidləri, səkilər, bordyurların, işıq dirəkləri, məhəccərlər, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, ağaclar budanaraq onlara xüsusi qulluq göstərilmişdir.

Keçidlər