Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə iclas keçirilib
Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizə tədbirləri, məişət tullantılarının daşınması, infrastruktur layihələrinin icra olunması və nəzərdə tutulan yeni abadlıq-quruculuq işləri ilə əlaqədar iclas keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisinin sanitar vəziyyətinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, sakinlərin narazılığına səbəb olan neqativ halların aradan qaldırılması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.