Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir
Sentyabrın 26-da Səbail Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Dövlət müəssisələri, idarələr və təşkilatlar tərəfindən 2024-2025-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” 145 nömrəli, 19.08.2024-cü il tarixli sərəncamına əsasən 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən müşavirədə RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, Səbail rayonu üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bakı Şəhər İcra Hakimiyyəti başçısının payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq Sərəncamının icrası, eyni zamanda qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində xüsusi Qərargah yaradıldığını, rayonun idarə və müəssisələrində, kommunal xidmət sahələrində mövsümə hazırlıqla bağlı Tədbirlər planının hazırlandığını bildirmiş, görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə və rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili ilə bağlı məlumatlar verilmişdir.
Müşavirənin sonunda rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmış, bir sıra məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.