Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində işin təşkilində səmərəliliyin artırılması ilə əlaqədar müşavirə keçirilib

13 mart 2025 | 15:13

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə Rayon İcra Hakimiyyətində işin təşkilində səmərəliliyin artırılması ilə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və RİHBA-nın şöbə müdirləri iştirak etmişlər.
Müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, vətəndaşların mənafeyinin qorunması istiqamətində aparılan ardıcıl işlərdən danışan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması, vətəndaşlar tərəfindən daxil olan müraciətlərə operativ və qısa müddət ərzində baxılması üçün tədbirlərin həyata keçirilməsi, dövlət qulluqçularının məsuliyyətinin artırılması, eyni zamanda sənəd dövriyəsi zamanı uyğunsuzluq və çatışmazlıqlara yol verilməməsi istiqamətində ciddi tapşırıqlar vermişdir.

Keçidlər