Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir
Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, RİHBA-nın məsul əməkdaşları, SİƏD-lər üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə keçiriləcək mötəbər tədbirlər ərəfəsində Səbail rayonunda dayanıqlı, fasiləsiz fəaliyyətin təmin edilməsi, rayon ərazisində nəzarətin gücləndirilməsi və qarşıda duran vəzifələrin yüksək səviyyədə icra edilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir. Bununla yanaşı keçiriləcək mötəbər tədbirlər zamanı kommunal xidmətlər, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyəti və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.