Səbail Rayon İcra Hakimiyyətində işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir
Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayevin sədrliyi ilə Səbail Rayon İcra Hakimiyyətində işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər. Müşavirə zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev vətəndaşlar tərəfindən daxil olan müraciətlərə operativ və qısa müddət ərzində baxılması, dövlət qulluqçularının məsuliyyətinin artırılması, verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması, eyni zamanda idarələrarası sənəd dövriyəsi zamanı uyğunsuzluq və çatışmazlıqlara yol verilməməsi istiqamətində ciddi tapşırıqlar vermişdir.






