Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş keçirilib

06 avqust 2026 | 17:03

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş keçirmişdir. Görüşdə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər sektorunun müdiri Qabil Vahidov və Səbail Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları iştirak etmişlər.
Görüşdə dövlət idarəçiliyinin əsas prinsipləri, dövlət qulluğunda peşəkarlığın, məsuliyyətin və vətəndaş məmnunluğunun təmin edilməsinin əhəmiyyəti, gənclərin dövlət idarəçiliyində fəal iştirakının vacibliyi barədə fikir mübadiləsi aparılmışdır.
Kəmalə Həşimova çıxışında qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilmişdir ki, dövlət idarəçiliyində bilikli və peşəkar gənc kadrların hazırlanması ölkənin davamlı inkişafının mühüm şərtlərindən biridir və bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin potensialının üzə çıxarılmasına geniş imkanlar yaradır.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış, dövlət idarəçiliyi sahəsində qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, gənclərin dövlət idarəçiliyi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə görüşlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər