Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilmişdir

27 aprel 2026 | 14:30

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Təlimin əsas məqsədi dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərə və hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislərə vəzifələrin tutulması mərhələləri, müsabiqə və müsahibə qaydaları, habelə namizədlər üçün tələblər barədə ətraflı məlumat verilmişdir.
Təlimin sonunda interaktiv qaydada iştirakçıların sualları cavablandırılmış və dövlət qulluğunda vəzifələrin tutulması mərhələləri, müsabiqə və müsahibə qaydaları ilə bağlı real nümunələr üzərində praktiki müzakirələr aparılmışdır.

Keçidlər