Səbail Rayon İcra Hakimiyyətində həftə içi hər gün vətəndaş qəbulları keçirilir
Hörmətli sakinlər, nəzərinizə çatdırmaq istəyirik ki, əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov fəaliyyətinin ilk günlərindən Rayon İcra Hakimiyyətinin inzibati binasında həftə içi hər gün saat 10.00-dan etibarən vətəndaşları qəbul edir. Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak edirlər.
Cari ilin iyun-iyul ayları üzrə keçirilmiş görüşlərdə 250-dən çox sakin müxtəlif sosial problemlərlə bağlı müraciətlər etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Qəbullarda iştirak edən sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.