Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində Xocalılarla görüş keçirilmişdir

25 fevral 2023 | 10:33

Fevralın 24-də Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində Xocalıdan olan ailələrin nümayəndələri ilə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.

Əvvəlcə Xocalı faciəsində və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc əhaliyə divan tutduğunu, uşaq, qadın və qocalara rəhm etmədiklərini, Xocalıda misli görünməmiş qətliam törətdiklərini bildirərək bu faciənin xalqımızı dərindən yaraladığını, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyini vurğulamışdır. Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdığını diqqətə çatdıran RİH başçısı 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasını döyüş meydanında aldığını və şəhidlərimizin qanının yerdə qalmadığını qeyd etmişdir.

Tədbir zamanı çıxş edən xocalılılar Ölkə rəhbərliyi tərəfindən hər zaman onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Sonda tədbir iştirakçıları ilə ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər