Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində əraziyə baxış keçirib

30 iyun 2025 | 15:55

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİH başçısının müavini Eldar Ağayev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və RİHBA-nın məsul əməkdaşları ilə birgə 20-ci sahə yaşayış massivində əraziyə baxış keçirmişdir. Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı ərazinin sanitar vəziyyətinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, sakinlərin narazılığına səbəb olan neqativ halların aradan qaldırılması, qanunsuz tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər