Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində sakinlərlə səyyar qəbul keçirmişdir

10 oktyabr 2022 | 13:35

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsində sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Görüş zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ölkəmizdə, o cümlədən Səbail rayonunda sosial - iqtisadi inkişaf sahəsində aparılan işlər barədə sakinlərə məlumat vermişdir.

Görüşdə sakinlər fərdi yaşayış evlərinin təmir olunması, dam örtüklərinin dəyişdirilməsi, yeni asfalt örtüyünün çəkilməsi, qaz, su və kanalizasiya xətlərinin yenilənməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.

RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər