Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində yeni su xəttinin çəkilişi ilə əlaqədar əraziyə baxış keçirmişdir

29 sentyabr 2023 | 13:20

Əhalinin içməli su təchizatı xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari ilin avqust ayında 20-ci sahə yaşayış massivi, 9 mindən çox sakinin yaşadığı Ş.Allahverdiyev və Ö.F.Nemanzadə küçələrinə yeni su xəttinin çəkilişlərinə başlanmışdır. Layihəyə əsasən sözügedən ünvanlarda müxtəlif diametrli borularla 770 metr uzunluğunda yeni su xətti çəkiləcəkdir. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə baxış keçirmişdir.

Keçidlər