Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Badamdarda sakinlərlə görüş keçirib

01 noyabr 2022 | 10:57

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, qəsəbə ağsaqqalları və ziyalılar iştirak etmişlər.

İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.

Tədbirdə çıxış edən RİH başçısı Vuqar Zeynalov ölkəmizin bütün bölgələrində, o cümlədən, Səbail rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etmişdir.

Görüş zamanı qəsəbə ağsaqqalları və ziyalıların dəyərli  fikir və təkliflərini daim dinləməyə hazır olduğunu bildirən RİH başçısı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Görüşdə iştirak edən sakinlər çıxış edərək Səbail rayonunda, o cümlədən Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə və vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər