Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Bayıl yaşayış massivində aparılan abadlıq işlərinə və yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilən parka baxış keçirib

18 iyul 2024 | 15:52

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bayıl yaşayış massivi ərazisində aparılan abadlıq işlərinə, eyni zamanda İbrahim Məmmədov küçəsində yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilən parka baxış keçirmişdir.
Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı aparılan abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş, görülən abadlıq işlərin sürətləndirilməsi üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində yeni parkların salınmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.

Keçidlər