Rayon İcra Hakimiyyətinin başçısı müharibə iştirakçıları ilə görüşüb
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev və Vətən müharibəsi iştirakçıları Salman Xudaverdiyev və Əsgər Əhmədov ilə görüş keçirmişdir.
Görüş zamanı müharibə iştirakçılarının qayğı və problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını bildirmişdir.
Görüşdə iştirak edən müharibə veteranları şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.