Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Murad Qurbanovun ailə üzvlərini ziyarət etdi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Faiq İsmayılov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Vətən müharibəsi qazisi Nahid Salayev 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsi 15 ünvanında şəhid Qurbanov Murad Asif oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Şəhidin anası Mehriban Əmrahova qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və hərbi qulluqçulara dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərildiyini və bu kateqoriyadan olan insanların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini qeyd etmişdir.
Şəhidin anası Mehriban Əmrahova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.