Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib

20 dekabr 2023 | 12:33

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun 6 nömrəli məktəb-liseydə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərin sabitliyin daha da möhkəmlənməsinə, ölkəmizin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verdiyini bildirərək vətəndaşların sosial müdafiəsinin təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin ən əsas strateji vəzifələrindən biri olduğunu qeyd etmişdir.
Görüşdə sakinlər yeni asfalt örtüyünün salınması, su və kanalizasiya xətlərinin yenilənməsi, həyətlərin abadlaşdırılması, qurumuş ağacların budanması, işlə təminat və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər