Rayon İcra Hakimiyyətinin başçısı şəhid Emin Süleymanovun anası Tamara Süleymanova ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Süleymanov Emin Bəhmən oğlunun anası Tamara Süleymanova ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov Tamara Süleymanovanın qayğı və problemləri ilə maraqlanaraq şəhid anasını narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şəhidin anası şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmiş, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiyini vurğulamışdır.