Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin müraciətləri ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən məsələyə yerində baxış keçirildi

03 oktyabr 2023 | 16:09

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə 20-ci sahə yaşayış massivi, Ö.F.Nemanzadə küçəsində içməli su təchizatının yaxşılaşdırılması barədə sakinlərin müraciətləri ilə əlaqədar məsələyə yerində baxış keçirmişdir.

        RİH başçısı Vuqar Zeynalov vətəndaşlar tərəfindən qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

          Qeyd edək ki, Əhalinin içməli su təchizatı xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari ilin avqust ayında 20-ci sahə yaşayış massivi, 9 mindən çox sakinin yaşadığı Ş.Allahverdiyev və Ö.F.Nemanzadə küçələrinə yeni su xəttinin çəkilişlərinə başlanmışdır. Layihəyə əsasən sözügedən ünvanlarda müxtəlif diametrli borularla 770 metr uzunluğunda yeni su xətti çəkiləcəkdir.

          Sakinlər mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər