Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilib

11 fevral 2025 | 11:02

Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizə tədbirləri, məişət tullantılarının daşınması, infrastruktur layihələrinin icra olunması və nəzərdə tutulan yeni abadlıq-quruculuq işləri ilə əlaqədar müşavirə keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən müşavirədə RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən rayon ərazisinin sanitar vəziyyətinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, sakinlərin narazılığına səbəb olan neqativ halların aradan qaldırılması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər