Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının hesabat yığıncağı keçirilib

16 dekabr 2025 | 14:21

Səbail Rayon İcra Hakimiyyətində RİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası tərəfindən hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.

Tədbir zamanı çıxış edən RİH başçısının müavini Eldar Ağayev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Vurğulanmışdır ki, Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində yeni üsulların tətbiqi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Daha sonra çıxış edənlər ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.

Sonda tədbir iştirakçıları ilə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər