Səbail rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
14 iyun 2023 | 17:23
İyunun 14-də Səbail rayonunda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir. Tədbirlərdə Səbail RİHBA-nın məsul əməkdaşları, müəllim-şagird kollektivi və valideynlər iştirak etmişlər.
Tədbirlərdə 2022-2023-cü tədris ilinin uğurlarından söhbət açılaraq Səbail rayonu üzrə təhsil sahəsində əldə edilən nəaliyyətlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən Səbail rayonunda da yüksək inkişafa stimul olmuşdur. Əsası Ümummilli lider Heydər Əliyev qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Məhz Ulu Öndərin uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini vermişdir. Ümummilli Lider tərəfindən təməli qoyulmuş bu inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə böyük qətiyyət və uğurla davam etdirilməkdədir.
Tədbir zamanı çıxış edən məzunlar müasir standartlara cavab verən ümumtəhsil müəssisələrində yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda məzunlar “Son zəng” münasibətilə təbrik edilmiş, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulanmışdır.