Səbail Rayon İcra Hakimiyyətində rəqəmsal inkişaf və idarəetmənin elektronlaşdırılmasına dair müşavirə keçirilib
Səbail Rayon İcra Hakimiyyətində rəqəmsal transformasiya sahəsində qarşıda duran vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət planı”ndan irəli gələn vəzifələrin icra vəziyyəti nəzərdən keçirilmiş, növbəti dövrlər üzrə strateji hədəflər müəyyən edilmişdir. Tədbirdə RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 2026-2028-ci illəri əhatə edən Fəaliyyət planından irəli gələn vəzifələr ilə əlaqədar məsul şəxslərə tapşırıqlar vermiş, struktur bölmələrə vətəndaş xidmətlərinin tam rəqəmsallaşdırılması və müasir texnoloji həllərin tətbiqinin sürətləndirilməsi barədə göstəriş vermişdir.
Müşavirənin yekununda RİH-in gündəlik iş prosesində müəyyən istiqamətlərin, o cümlədən xidmətlərin və hesabatlılıq sistemlərinin elektronlaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunmuş, struktur bölmələr tərəfindən rəqəmsal platformaların funksionallığının artırılması, kadrların texnoloji savadlılığının yüksəldilməsi və yeni proqram təminatlarının tətbiqinə dair konkret təkliflər irəli sürülmüşdür.






