Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal inkişaf və idarəetmənin elektronlaşdırılmasına dair Səbail Rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirilmişdir

27 iyul 2026 | 14:55

Səbail Rayon İcra Hakimiyyətində rəqəmsal transformasiya sahəsində qarşıda duran vəzifələrin icrasına həsr olunmuş növbəti müşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyilə keçirilən iclasda, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət plan”ından irəli gələn tapşırıqlar ətraflı təhlil edilmiş, rəqəmsal dövlət xidmətlərinin təkmilləşdirilməsi və qarşıda duran mühüm vəzifələr müzakirə olunmuşdur. RİH-də müasir texnoloji həllərin tətbiqinin sürətləndirilməsi barədə göstəriş verilmiş, növbəti dövrlər üzrə strateji hədəflər müəyyən edilmişdir.
Müşavirənin yekununda rəsmi sənədləşmə və hesabatlılıq sistemlərinin rəqəmsal platformaya tam keçirilməsi vəziyyəti qiymətləndirilmiş, Fəaliyyət Planının icrasının vaxtında və keyfiyyətlə təmin olunması, kadrların İKT savadlılığının artırılması ilə bağlı irəli sürülən təkliflər nəzərdən keçirilmişdir.

Keçidlər