Səbail Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Səbail Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısının müavini Kəmalə Həşimova 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu vurğulayaraq keçmiş sovet ittifaqı ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin müstəqillik tariximizin qəhramanları olduğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyevin hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmədiyini, məhz ulu öndərin səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdıran Kəmalə Həşimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə göstərilən qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və aparılan bu işlərin gələcəkdə də davam olunacağını qeyd etmişdir.
Sonda 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış qısametrajlı film nümayiş olunmuşdur.